Aydın Əliyev Ağdaşda qəbul keçirib

Aydın Əliyev Ağdaşda qəbul keçirib

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev iyulun 2-də Ağdaş rayonundakı Heydər Əliyev Mərkəzində bölgə vətəndaşlarını qəbul edib.

Qəbulda komitə sədri Aydın Əliyev Ağdaş, Göyçay, Yevlax və Ucar rayonlarının sakinlərinin müraciətlərini dinləyib.

Vətəndaşların müraciətləri əsasən işə qəbul, malların idxal və ixracı, bununla əlaqədar sənədləşmə qaydaları və digər gömrük məsələləri ilə bağlı olub. Qəbul zamanı hər bir vətəndaşın müraciətinə diqqətlə yanaşılıb, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verilib.

Qəbulda qaldırılan məsələlərin bəziləri yerindəcə həll edilib, komitənin səlahiyyətlərinə aid olmayan məsələlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə