Soçidə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının XİN rəhbərləri Şurasının iclası çərçivəsində Mövlud Çavuşoğlu-Sergey Lavrov görüşü keçirilib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, görüşdə iki ölkə prezidentinin bir neçə gün öncə 7 aylıq fasilədən sonra baş tutan telefon danışığı müzakirə edilib. Türkiyə XİN rəhbəri deyib ki, bu, çox konstruktiv danışıqlar idi. "İndi biz münasibətləri normallaşdırmağa çalışmalıyıq".
Çavuşoğlu Lavrova iclasa və qonaqpərvərliyə görə təşəkkür edib. O həmçinin Türkiyənin Rusiya və İsraillə münasibətlərini normallaşdırmasının region üçün də faydalı olduğunu qeyd edib.
"RİA Novosti"nin verdiyi məlumata görə, M.Çavuşoğlu Lavrovla görüşün çox konstruktiv keçdiyini deyib. O, ölkəsində baş verən terror hadisəsinə də toxunub. Türk rəsmi deyib ki, ölkəsi İŞİD-lə mübarizə aparır və bunun üçün də terrorçuların hədəfi olur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB