Gürcüstanlı professor Fizika İnstitutunda məruzə ilə çıxış edib

Gürcüstanlı professor Fizika İnstitutunda məruzə ilə çıxış edib

Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunda "Nano-qəfəsli laylarda geometrik aşqarlanma" mövzusunda seminar keçirilib. AMEA-dan SİA-ya verilən məlumata görə, məruzəçi Gürcüstanın İlya Universitetinin professoru Avtandil Tavxelidze olub. Seminarı giriş sözü ilə İnstitutun innovasiya və transfer üzrə direktor müavini, fizika-riyaziyyat elmləri doktoru Ayaz Bayramov açıb. O bildirib ki, seminarda məqsəd Gürcüstanla elmi əlaqələr qurmaq, birgə elmi tədqiqatlar və elmi mübadilələr aparmaqdır.

Daha sonra seminar məruzəçinin çıxışı ilə davam edib. İlk olaraq mövzunun aktuallığından danışan A.Tavxelidze nano - qəfəsli laylardan, bu laylarda aparılan metal ölçmələrin nəticələrindən və aparılan təcrübələr haqqında məlumat verib. Seminarın sonunda mövzu ətrafında müzakirələr aparılıb və suallar cavablandırılıb.
Qonaq Fizika İnstitutunun İnnovasiya sektorunda da olub. O, burada quraşdırılan maddi-texniki baza və alimlərin elmi fəaliyyəti ilə əyani tanış olub.

Bütün xəbərlər Facebook səhifəmizdə