Millət vəkili Rauf Əliyev polis əməkdaşlarını peşə bayramları münasibətilə təbrik edib. R.Əliyevin müraciətində deyilir: "Azərbaycanda ilk polis bölüyü 1918-ci ilin iyulun 2-də Xalq Cumhuriyyəti dövründə yaradılıb.1998-ci ildən isə iyulun 2-si prezident Heydər Əliyevin Fərmanı ilə Daxili İşlər orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunur.
Azərbaycan 2-ci dəfə öz müstəqilliyinə qovuşduqdan sonra bu müstəqilliyin qorunub saxlanılmasında, cəmiyyətimizdə stabilliyin yaradılmasında və qorunub saxlanilmasında, cinayətkarlığın səviyyəsinin azaldılmasında Daxili İşlər orqanları əməkdaşlarının çox böyük rolu olmuşdur.
Azərbaycanın son 10 ildə sürətli sosial-iqtisadi inkifını təmin edən ən mühüm amillərdən biri ölkədəki stabilliyin qorunub saxlanılması olmuşdur ki, bunada Daxili İşlər orqanları nail olmuşlar.Son illərdə ölkəmizdə demək olar ki, hər il iri miqyaslı, beynəlxalq əhəmiyyətli siyasi-ictimai, idman, mədəniyyət və digər sahələr üzrə tədbirlər həyata keçirilir.Bu tədbirlərin yüksək səviyyədə təhlükəsizlik şəraitində keçirilməsini Daxili İşlər orqanları və onların əməkdaşları yüksək peşəkarlıqla təmin etmişlər. Bu illər ərzində Azərbaycanda bütün sahələrdə olduğu kimi Daxili İşlər orqanları da sürətlə inkişaf etmiş, onların maddi texniki bazası gücləndirilmişdir.Keçən dövür ərzində Daxili İşlər orqanları yüksək ixtisaslı, hər tərəfli hazırlığa malik kadrlarla təmin olunmuşlar.Bu sahədə Polis Akademiyasının işini xüsusi ilə qeyd etmək lazımdır.
Peşə bayramı münasibəti ilə Daxili İşlər orqanlarının bütün əməkdaşlarını təbrik edir və çətin eyni zamanda şərəfli işlərində onlara uğurlar arzu edirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB