Bu gün Azərbaycan polisinin peşə bayramı ərəfəsində Daxili İşlər Nazirliyinin Polis Akademiyasında 2015-2016-cı tədris ilinin buraxılışına həsr olunan təntənəli mərasim keçirilib. Nazirliyin aidiyyəti xidmət rəislərinin, məzunların valideynlərinin, ictimaiyyətin və kütləvi informasiya vasitələri nümayəndələrinin iştirak etdikləri tədbirdə Akademiyanın rəisi, polis general mayoru Nazim Əliyev şəxsi heyətin təntənəli mərasimə hazır olması barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubova raport verib.
Nazir Polis Akademiyasının sıra meydanında təntənəli mərasimlə əlaqədar düzülmüş müəllim və müdavim heyətini əlamətdar hadisə - tədris ilinin buraxılışı münasibətilə təbrik edib. Mərasimdə Azərbaycan Respublikasının dövlət himni səslənib. Daxili işlər naziri, general-polkovnik Ramil Usubov mərasimdə geniş məruzə ilə çıxış edib.
Sonra nazir Polis Akademiyasını fərqlənmə ilə bitirən beş məzuna diplomları və "polis baş leytenantı" xüsusi rütbələrinin paqonlarını təqdim edib. Akademiyanı əla qiymətlərlə başa vuran Orxan Mirzəyev yaş kötüyünə rəmzi xatirə lövhəsini vurub.
Daha sonra döyüş bayrağı dördüncü kurs müdavimlərinə təhvil verilib. Müdavimlər "Azərbaycan polisi" marşını ifa ediblər.
Sonda şəxsi heyət mətin addımlarla tribunanın qarşısından keçib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB