Bakı şəhəri Nizami rayonunda istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə yeni çəkilmiş magistral su xətləri mövcud sistemlərə birləşdirilir. "Azərsu" ASC-dən SİA-ya verilən məlumata görə, bununla əlaqədar 01 iyul 2016-cı il tarixində gün ərzində Nizami rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranacaq narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.
Bütün xəbərlər Facebook səhifəmizdə