Bu gün Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (YAP GB) ofisində Rumıniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Daniel Kristian Chiobonu "Ölkələrarası əməkdaşlıq Diplomatiyası" mövzusunda təlim keçib. SİA-nın xəbərin görə, qonağı səmimiyyətlə salamlayan YAP Gənclər Birliyinin sədri Seymur Orucov söyləyib ki, bugünkü təlim təşkilat tərəfindən həyata keçirilən silsilə tədbirlərin davamıdır. YAP GB haqqında qısa məlumat verən S. Orucov daha sonra gələcək əməkdaşlıq imkanları barədə söz açıb.
O, Azərbaycan və Rumıniya arasında diplomatik münasibətlərindən, ötən müddət ərzində iki ölkə arasındakı əlaqələrin yüksələn xətlə inkişaf etdiyini, qarşılıqlı inam və etimadın gücləndiyini vurğulayıb.
YAP GB ofisində ilk dəfə olduğunu bildirən səfir Azərbaycan gənclərinin hərtərəfli inkişafının böyük məmnunluq doğurduğunu bildirib, ölkəmizdəki diplomatik fəaliyyəti müddətində YAP ilə əlaqələrin inkişafı istiqamətində səyini əsirgəməyəcəyini vurğulayıb. Görüşdə əməkdaşlıq münasibətlərinin hazırki vəziyyəti və inkişaf perspektivləri barədə fakir mübadiləsi aparılıb, əlaqələrin daha da genişləndirilməsinin zəruriliyi qeyd edilib.
Sonda Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli sədiri Daniel Kristian Chiobanu "Ölkələrarası əməkdaşlıq Diplomatiyası" mövzusunda təlim keçib, təlimdə gənclərin sulları cavablandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB