Türkiyəni yasa batıran xain hücumda ölənlərin sayı artıb. Türkiyə mətbautınını verdiyi məlumata görə, ağır yaralılardan biri dünyasını dəyişib. Terror qurbanlarının sayı 42 nəfər olub. Hazırda 238 nəfər yaralıdır.
İstanbul Atatürk hava limanında baş verən terror aktı zamanı ölənlərin milliyyəti bilinib. Ölənlərdən 13-ü isə əcnəbi olduğu məlumat verilib.
Terakt qurbanları arasında bir iranlı və 1 ukraynalının olduğunu da açıqlamışdı.
Ötən gecə İstanbulda Atatürk hava limanında iki partlayış olub. Terrorçulardan biri insanlara atəş açıb, daha sonra isə özünü partladıb. Baş nazir Binali Yıldırım aeroportda baş vermiş partlayışla bağlı DİN rəhbəri Əfqan Ala və İstanbul valisi Vasip Şahinlə telefon əlaqəsi qurub. Binali Yıldırım həmçinin hadisə ilə bağlı böhran qrupunun yaradılmasına dair göstəriş verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB