“Çox təəssüflənirəm ki, Fransada hələ də erməniləri dəstəkləyənlər var”
Quba Soyqırımı Memorial Kompleksində və ərazidəki kütləvi məzarlıqda gördüklərimdən sonra çox təəssüflənirəm ki, Fransada hələ də erməniləri dəstəkləyənlər var. SİA xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində tanınmış fransalı tədqiqatçı İv Benar söyləyib.
Fransalı tədqiqatçı məzarlıqda gördüklərindən dəhşətə gəldiyini deyib. "Dəhşətli mənzərədir. Bu məzarlıq haqqında faktlara yeni araşdırmalarımda yer ayıracam və əlimdən gələni edəcəm ki, həqiqətləri dünya ictimaiyyətinə olduğu kimi çatdırım" - deyə İv Benar bildirib.
Qeyd edək ki, Bakıda "Erməni terroru və Azərbaycan multikulturalizmi" mövzusunda keçirilən "dəyirmi masa"nın iştirakçıları iyunun 29-da Quba Soyqırımı Memorial Kompleksini və ərazidəki kütləvi məzarlığı ziyarət ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB