"ADY" QSC 10 ədəd “NAZ Lifan” avtomobili alıb FOTOLAR

"ADY" QSC 10 ədəd “NAZ Lifan” avtomobili alıb FOTOLAR

Ölkə başçısının tövsiyəsinə uyğun olaraq "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti Naxçıvan Avtomobil Zavodunun istehsal etdiyi 10 ədəd "NAZ Lifan" avtomobili alıb. "Azərbaycan Dəmir Yolları" QSC "Təsərrüfat İdarəsi" MMC-nin rəisi Məhəmməd Əmircanov KİV-lərə məlumat verərək bildirib ki, avtomobillər xidməti istifadə üçün nəzərdə tutulur: "Ümumiyyətlə, "Azərbaycan Dəmir Yolları" QSC-nin avtomobil parkının yenilənməsinə ehtiyac var. Bu baxımdan Naxçıvan Avtomobil Zavodunun istehsal etdiyi "NAZ Lifan" avtomobillərinə üstünlük veriləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə