Tarixdə hava limanlarında törədilən terror hadisələri Erməni terrorçular ön planda
Tarixdə bir çox ölkələrin hava limanlarında terror hadisələri törədilib. SİA xarici mətbuatdan əldə etdiyi məlumata əsasən, həmin hadisələri nəzərinizə çatdırır:
1972-ci il, 30 may. İsrailin paytaxtı Təl Əvivdəki Lod Hava Limanında 3 terroristin hücumu nəticəsində 26 nəfər ölüb, 80 nəfər yaralanıb.
1975-ci il, 29 dekabr. Nyu-Yorkdakı La Guardia Hava Limanında partayış törədilib. Hadisədə 11 nəfər ölüb, 74 nəfər yaralanıb. Terroristin milliyətəninin xorvat olduğu açıqlanıb.
1982-ci il, 7 avqust. Ankara Esenboğa Hava Limanında erməni terror qruplaşması olan ASALA-nın üzvləri Zohrab Sarkisyan ve Levon Ekmekçiyanın hücumu nəticəsində 9 nəfər ölüb, 72 nəfər yaralanıb.
1983-cü il, 15 iyul. Fransanın Orly Hava Limanında erməni terror qruplaşması ASALA-nın təşkilatçılığı ilə Türk Hava Yollarının avadanlığına yerləşdirilən bombanın partlaması nəticəsində 8 nəfər ölüb, 55 nəfər yaralanıb.
1984-cü ildə Heathrov Hava Limanında terror nəticəsində (partlayış) 22 nəfər ölüb.
1985-ci il, 27 dekabr. Roma və Vyana Hava Limanlarında El Al İsrail Hava Yolları bilet satış ofisləri hədəf alınıb. İki teror hadisəsində ümumilikdə 19 nəfər ölüb, 140 nəfər yaralanıb. Dörd terorist məhv edilib.
2001-ci il, 24 iyul. Şri-Lankada Bandaranike Hava Limanında terror nəticəsində 14 nəfər ölüb, çoxlu sayda təyyarə və helikopterə ziyan dəyib.
2002-ci il, 4 iyul. Los-Anceles Hava Limanında El Al İsrail Hava Yollarının bilet satış ofisinə açılan atəş nəticəsində misirli Hesam Mohamed Hadayet və təhlükəsizlik xidmətinin işçisi dünyasını dəyişib.
2006-cı il, 30 dekabr. Madridin Barajas Hava Limanının avtomobil park yerində bomba dolu yük maşını partladılıb. Hadisədə 2 nəfər ölüb, 52 nəfər yaralanıb.
2007-ci il, 30 iyun. Şotlandiyanın Glasgov Hava Limanında kamikadze bomba olan avtomobillə terminal binasına girmək istəyərkən öldürülüb.
2007-ci il, 24 yanvar. Moskvadakı Domodedovo Hava Limanında kamikadze üzərində olan bombanı partladıb. Hadisədə 37 nəfər ölüb, 173 nəfər yaralanıb.
2007-ci il, 22 oktyabr. Şri-Lankada Anuradhapura hərbi bazasına hücum olub. Hadisədə 20 nəfər ölüb, çox sayda hərbi təyyarə və helikopterə ziyan dəyib.
2009-cu il, 20 fevral. Şri-Lankanın paytaxtı Kolomboda kamikadze təyyarə ilə hərbi hava limanına hücum planlaşdırılıb. Hava Limanına yaxınlaşan kamikadze təyyarə vurulub. Hadisə nəticəsində 2 nəfər ölüb, 50 nəfər yaralanıb.
2012-ci il, 15 dekabr. Pakistanın Peşaver əyalətində Bacha Khan Beynəlxalq Hava Limanına raket və ağır silalarla edilən hücumlar nəticəsində 9 nəfər ölüb, 40 nəfər yaralanıb.
2013-cü il, 20 iyul. Çinin paytaxtı Pekində Beynəlxalq Hava Limanında kustar üsulla hazırlanmış bomba partladılıb. Hadisədə yalnız terrorçunun özü yaralanıb.
2014-cü il, 8 iyun. Pakistanda Karaçidəki Cinnah Hava Limanına 10 terrorist raket və bombalarla hücum edib. Hadisədə 10 terrorist daxil olmaqla, 36 nəfər ölüb. Terror hadisəsini Tehrik-i-Taliban Pakistan Təşkilatı öz üzərinə götürüb.
2015-ci il, 23 dekabr. Türkiyənin Sabiha Gökçen Hava Limanına terroristlər tərəfindən hava silahları ilə hücum edilib. Partlayışda təyyarənin pəncərəsindən içəri girən qəlpələr təmizlik işçiləri 30 yaşlı Zehra Yamaç ilə 33 yaşlı Canan Çelik Burguya dəyib. İki uşaq anası Z.Yamaç dünyasını dəyişib.
2016-cı il, 23 mart. Brüssel Hava Limanına İŞİD terror qruplaşması tərəfindən hücum təşkil edilib. Bomba ilə edilən hücumda 14 nəfər ölüb, 81 nəfər yaralanıb.
2016-cı il, 28 iyun. Atatürk Hava Limanında üç partlayış törədilib. Son məlumatlara görə, hadisədə ölənlərin sayı 43-ə çatıb, 140-dan çox insan yaralanıb. Partlayışları İŞİD terror qruplaşması öz üzərinə götürüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB