Atatürk hava limanındakı terror qurbanları Bakıda yad edildi FOTOLAR - SƏS TV

Atatürk hava limanındakı terror qurbanları Bakıda yad edildi FOTOLAR - SƏS TV

Bu gün Türkiyənin Azərbaycandakı səfirliyinin qarşısında yürüş keçirilib. SİA-nın xəbərinə görə, yürüşə səbəb ötən gün axşam saatlarında İstanbulun Atatürk hava limanında beynəlxalq uçuşlar terminalında terror aktı baş verməsi olub.

Qardaş ölkədə baş verən dəhşətli hadisənin qurbanlarını yad edən yürüş iştirakçıları Atatürk parkından Türkiyə səfirliyinin qarşısına gələrək ora əklil qoyub, qərənfillər düzüblər.

100-dən çox vətəndaşın iştirak etdiyi yürüşdə "Bir millət, iki dövlət", "Azərbaycan Türkiyənin yanındadır" və terror əleyhinə şüarlar səsləndirilib. Bundan başqa, həlak olanların xatirəsi yad edilib və onların ruhuna dualar səsləndirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə