Türkiyədə hava limanlarında 34 ildə 3 terror

Türkiyədə hava limanlarında 34 ildə 3 terror

Türkiyədə hava limanlarında 34 ildə 3 terror hadisəsi törədilib. SİA-nın Türkiyə mənbələrinə istinadən məlumatına görə, bunlardan birincisi 1982-ci ildə Ankara Esenboğa, ikincisi isə ötən il İstanbul Sabiha Gökçen Hava Limanında baş verib. Dünən isə Atatürk Hava Limanında partlayış törədilib.

1982-ci ilin avqust ayının 7-də Ermənistanın ASALA terror qrupunun Zohrab Sarkisyan ve Levon Ekmekçiyan adlı iki üzvü Esenboğa Hava Limanında sənədlərin yoxlanılması zamanı odlu silahlar vasitəsilə atəş açmağa başlayıblar. Polislər hadisəyə müdaxilə edərkən terrorçular 20 insanı əsir götürərək kafedə gizləniblər. Ora keçirilən əməliyyatda 9 nəfər ölüb. Terrorçu Levon Ekmekçiyan canlı olaraq tutulub.

2015-ci ilin dekabr ayının 23-də gecə saat 02:00-da Sabiha Gökçen Hava Limanına açılan atəş nəticəsində təyyarəyə dəyən parçalardan 30 yaşlı təmizlik işçisi Zəhra Yamaç ağır yaralanıb və xətəxanada dünyasını dəyişib. Hadisə zamanı başqa təmizlik işçisi də ağır yaralanıb.

Dünən isə Atatürk Hava Limanında terror hadisəsi baş verib. Son məlumatlara görə, üç partlayış nəticəsində ölənlərin sayı 43-ə çatıb, 140-dan çox insan yaralanıb. Partlayışları İŞİD terror qruplaşması öz üzərinə götürüb.

Bütün xəbərlər Facebook səhifəmizdə