Erməni terror təşkilatı olan ASALA tərəfindən 7 Avqust 1982 tarixində Ankara Esenboğa Hava Lımanına bombalı hücum reallaşdırılmışdı. Terror təşkilatı tərəfindən Türkiyəyə qarşı edilən ilk qanlı hücum nəticəsində doqquz nəfər həyatını itirmiş, 72 adam da yaralanmışdı.
Hücum, KLM hava yolu şirkətinin satış ofisinə yaxın bir nöqtədə, pasport nəzarəti zamanı şəxsiyyəti naməlum kəslər üzərlərində saxladıqları avtomat silahlarla sərnişinlərə atəş açmağa başlayıblar. Bu hücumla eyni vaxtda hadisə baş verən yerdə bir bomba da partladılmışdı. Hücumu Zohrab Sarkisyan və Levon Ekmekçiyan adlı iki ASALA üzvü törətmişdi. Ölənlər arasında üç türk polisi, üç türk sərnişin, bir hava limanının işçisi, bir amerikalı qadın sərnişin və bir alman mühəndis var idi. Qarşıdurma zamanı Sarkisyan öldürülmüş, Ekmekçiyan canlı olaraq tutulmuşdu. Ekmekçiyan 29 yanvar 1983-cü ildə edam edilmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB