Atatürk Hava Limanı terror hadisəsindən sonra

Atatürk Hava Limanı terror hadisəsindən sonra

Atatürk Hava Limanında baş verən terror hadisəsindən sonra təmizlik işlərinə başlanılıb. SİA-nın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, artıq sərnişinlər hava limanına buraxılmağa başlayıb. Xarici uçuşlar həyata keçirən terminalda baş verən partlayış nəticəsində binanın tavanı və pəncərələri, həmçinin taksilərə ziyan dəyib. Bələdiyyə işçiləri fasiləsiz olaraq şüşə qırıqlarını təmizləyir və yerləri yuyurlar.

Qeyd edək ki, terror nəticəsində ölənlərin sayı 36-ya, yaralıların sayı isə 147-yə çatıb. Hadisənin İŞİD terror qruplaşması tərəfindən törədildiyi bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə