Sağlamlıq imkanları məhdud uşaqlara hədiyyələr verilib

Sağlamlıq imkanları məhdud uşaqlara hədiyyələr verilib

28 iyun 2016-cı il tarixdə Xəzər rayon İcra Hakimiyyətinin Başçısı Gülağa İslamov, Milli Məclisin deputatı Rauf Əliyev, Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov Mərdəkan qəsəbəsində yerləşən "Sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 4 saylı Respublika xüsusi internat məktəb"indəki uşaqlara baş çəkiblər. Tədbir iştirakçıları uşaqların təhsili və yaşayış şəraitləri ilə tanış olublar.Xəzər rayon İcra Hakimiyyəti tərəfindən uşaqlara nahar verilmişdir.

Eyni zamanda AFFA tərəfindən həyata keçirilən, "Açıq Əyləncəvi Futbol Məktəbləri" layihəsi çərçivəsində uşaqlara müxtəlif idman ləvazimatları hədiyyə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə