Gənclərə sertifikatlar təqdim olunub

Gənclərə sertifikatlar təqdim olunub

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tərəfdaşlığı ilə "Vətənpərvər Maarifçi Gənclər" İctimai Birliyi tərəfindən "Qarşılıqlı anlayış və birgə yaşam – Azərbaycan tolerantlıq modelinin region gənclərinə təqdimatı" adlı layihəyə Xaçmaz və Quba rayonlarında keçirilən təlimlərdən sonra, Qəbələ və Zaqatala rayonlarında keçirilən təlimlərlə yekun vurulub. SİA-nın məlumatına görə, təlimlərdə region gənclərinə tolerantlıq və multikultiralizm anlayışları, tolerantlığın tarixi təkamülü və müasir dünyada önəmi barədə geniş məlumat verilib.

Təlimçi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Xarici əlaqələr şöbəsinin müdiri Nicat Məmmədlinin təlimlərdə Azərbaycan tolerantlıq modeli və multikultural cəmiyyətimizin formalaşması, bu sahədə dövlətin həyata keçirdiyi uğurlu siyasət, qanunvericilik və ənənələr haqqında verilən məlumatlar gənclərin bu sahədə bilik və bacarıqlarının artırılmasına böyük dəstək olub. Multikultural cəmiyyətimizin özünəməxsus modelinin dünyaya nümunə olaraq təqdim edilməsinin əhəmiyyəti barədə gənclərdə daha mükəmməl təsəvvür yaradılması üçün təlim prosesi qarşılıqlı müzakirə və sual-cavab şəraitdə həyata keçirilib. 24 iyun Qəbələ və 25 iyun Zaqatala şəhərində ümumilikdə 120 nəfərədən çox gəncin iştirakı ilə baş tutmuş təlimlər uğurla həyata keçirilib.

Təlimlərdə yerli icra hakimiyyətlərinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin regional şöbələrinin, Gənclər və idman idarələrinin, region QHT-lərin və KİV-lərin Region gənclərinə layihə çərçivəsində nəşr edilmiş "Azərbaycan Tolerantlıq Modeli" adlı maarifləndirici kitab paylanılıb.

Təlimlərin sonunda gənclərə iştirakçı sertifikatları təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə