Avtosalonların istehsal edilən bütün avtomobilləri satmağa müvəffəq olub-olmaması barədə düşünmüsünüzmü? Düşünün: yalnız 2015-ci ildə bütün dünya üzrə şirkətlər 68 milyondan çox avtomobil istehsal edib və çətin ki onların hamısı satılsın. Sizlərə bu xəbərdə təqdim etdiklərimiz aysberqin yalnız görünən hissəsidir. Yəqin ki, bəziləriniz burada yer alan fotoların "fotoşop" olduğunu düşünəcəksiniz. Lakin qeyd edək ki, bunlar tam real fotolardır./xəzərxəbər/
Təqdim etdiyimiz xəbərdə söhbət satılmayan avtomobillərin saxlanıldığı dayanacaq- "yeni avtomobillərin qəbiristanlığı" barədə gedəcək.
Misal üçün, bu "Nissan"zavodu yaxınlığında yerləşən dayanacaqdır. Yalnız xəyali olaraq burada nə qədər avtomobil olduğunu düşünün!

İngiltərə, Korbidə duran "Sitroyen" markalı yeni avtomobillər. Onları hər gün Fransadan buraya gətirirlər və gəldikləri gündən elə burada qalırlar.

Yeni "Toyota"ların saxlanıldığı bu meydan Kaliforniyanın Lonq-Biç şəhərində 60 hektar sahə tutur.

Bu isə "Ford"un Detroytdakı yeni pikaplarıdır.

Bristoldakı dayanacaq.

Yeni "Land Rover Freelander" Liverpul limanında aparılmalarını gözləyir.

Britaniyanın Rover 75 avtomobilləri Çindəki anbarda toz altında qalmaqdadır.

Yaponiyada satılmayan minlərlə "Honda" avtomobili.

Çıxış nədədir? Avtomobil istehsalçıları daimi olaraq ən müasir texnologiyalarla təchiz edilmiş yeni modellər hazırlayır. İki ildir istehsal edilən, lakin satılmayan avtomobillərin artıq alıcı tapmaq şansı yoxdur. Şirkətlərin avtomobilləri hissələrə ayırıb satmaq və ya press altında əzməkdən başqa alternativ çıxışları yoxdur.
Bəzi avtomobil nəhəngləri istehsalı Çinə köçürüblər. Bunlar arasında General Motors və Cadillac yer alır. Təəssüf ki, ABŞ lisenziyası üzrə Çində istehsal edilən avtomobilə Birləşmiş Ştatlarda əvvəlki həcmdə tələbat duyulmur. Hazırda Çində meydançalar belə avtomobillərlə "dolub-daşır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB