25 əlil Türkiyədən Vətənə dönüb

25 əlil Türkiyədən Vətənə dönüb

Dövlət başçısının tapşırığına əsasən ötən ay Türkiyəyə müalicəyə göndərilən 25 əlil bu gün Vətənə dönüb. Onları ailələri və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları qarşılayıblar. Müalicə alanlar arasında Qarabağ müharibəsi əlilləri ilə yanaşı, ümumi əlillikdən əziyyət çəkən insanlar, həmçinin paralimpiyaçılar da var. Onların Türkiyədə müalicəsində təbii resurslardan, eləcə də peşəkar həkimlər tərəfindən fizioterapevtik metodlardan istifadə olunub.

Gələn ay sağlamlıq imkanları məhdud uşaqlar da xaricə müalicəyə göndəriləcəklər.

Qeyd edək ki, ötən il 265 əlil xarici ölkələrə müalicəyə göndərilib. Bu il isə artıq bu kateqoriyadan olan 75 nəfər xaricdə müalicə alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə