Prezident yol tikintisinə 5,2 milyon manat ayırıb

Prezident yol tikintisinə 5,2 milyon manat ayırıb

Prezident İlham Əliyev iyunun 24-də "Qəbələ rayonunun Nohurqışlaq-Tüntül-Yengicə avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb. 7 min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Nohurqışlaq-Tüntül-Yengicə avtomobil yolunun tikintisi məqsədi ilə Prezidentin ehtiyat fondundan "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinə 5,2 milyon manat ayrılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə