Millət vəkili: “Xalq və ordu birliyi Ümummilli Lider hakimiyyətə gələn gündən mövcuddur" AÇIQLAMA

Millət vəkili: “Xalq və ordu birliyi Ümummilli Lider hakimiyyətə gələn gündən mövcuddur" AÇIQLAMA

"Azərbaycanda xalq və ordu birliyi Ümummilli Lider Heydər Əliyev hakimiyyətə gələn gündən mövcuddur və bu gün çox yüksək səviyyədə davam edir. Bunu bu ilin aprel hadisələri də əyani şəkildə sübut etdi. Xalqın həmrəyliyi, ruh yüksəkliyi, ordu ilə münasibəti bir daha təsdiqini tapdı". Bunu SİA-ya açıqlamasında millət vəkili Elman Məmmədov deyib.

O qeyd edib ki, 26 İyun - Silahlı Qüvvələri Günü Müdafiə Nazirliyi, rəsmi və qeyri-rəsmi qurumlar, qeyri-hökumət təşkilatları və s. çoxsaylı tədbirlər keçirəcəklər: "Bütün hərbi hissələrdə açıq qapı günü elan olunacaq. Övladları hərbi xidmətdə olan və olmayanlar valideynlər, digər ictimaiyyət nümayəndələri istədikləri hərbi hissəyə gedib, vəziyyətə tanış olub, əsgər və zabitlərlə söhbətlər apara biləcəklər. Bu gün Binəqədi rayonunun İcra Hakimiyyəti tərəfindən Silahlı Qüvvələri Günü münasibəti ilə Qarabağa həsr olunmuş möhtəşəm tədbir hazırlanıb. Məni də ora dəvət ediblər. Ayın 26-da isə mən cəbhəyanı bölgədə yerləşən Xocavənd rayonunda hərbi hissədə olacağam. Əsgər və zabitlərlə birlikdə geniş tədbir keçirəcəyik. Belə tədbirlərin sayı çox olacaq. Bu tədbirlər ordu ilə xalqın birliyini nümayiş etdirir. Azərbaycan xaqlı öz ordusuna inanır, etibar edir və əmindir ki, ordumuz bu etimadı doğruldub, torpaqlarımızı işğaldan azad edəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə