Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər aparılması və ya qaytarılması məcburi olan, əvvəllər gətirilmiş və ya aparılmış mallar və nəqliyyat vasitələrinin Azərbaycanın gömrük ərazisindən kənara aparılmamasına və ya bu əraziyə qaytarılmamasına görə cəzalandırılacaq. SİA-nın xəbərinə görə bu barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklik haqqında danışarkən deyib.
Onun sözlərinə görə, dəyişikliyə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər həmin mallar və nəqliyyat vasitələrinin dəyərinin 70 faizindən 100 faizinədək məbləğdə cərimə ediləcək və ya da Azərbaycan hüdudlarından kənara inzibati qaydada çıxarılacaq.
Layihə müzakirələrdən sonra səsə qoyularaq qəbul edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB