Göyçay sakinləri ilanların hücumuna məruz qalıb SƏS TV

Göyçay sakinləri ilanların hücumuna məruz qalıb SƏS TV

Göyçayın Potu kənd sakini, 1959-cu il təvəllüdlü Müddət Abdurrəhmanov mağazaya gedərkən yolda tapdadığı ilan onu sancıb.

Şəhadət kənd sakini, 1960-cı il təvəllüdlü Vidadi Əhmədov isə fərdi təsərrüfat sahəsində işlə məşğul olarkən ehtiyatsızlıq edib. Nəticədə otun altındakı ilan onu sancıb.

Hər iki şəxs təcili olaraq Göyçay Mərkəzi Rayon Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib və onlara zərdab vurulub.

Durumları qənaətbəxşdir.

Bütün xəbərlər Facebook səhifəmizdə