Suyunuz kəsiləcək!

Bu gün bəzi yerlərə suyun verilişində məhdudiyyətlər olacaq. "Azərsu" ASC-dən SİA-ya verilən xəbərə görə, Bakı şəhəri Nizami rayonu ərazisində yeni çəkilmiş magistral su xətlərinin mövcud sistemlərə qoşulması ilə əlaqədar 24 iyun 2016-cı il tarixində gün ərzində Qara Qarayev və Babək prospektlərində, həmçinin E.Süleymanov, İ.Məmmədov, M.Şərifli, T.Abbasov, C.Naxçıvanski, R.Teymurov, B.Nuriyev küçələrində bəzi ünvanlara içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə