"Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslər, təşkilatlar və sair) Siyahısı" təsdiq edilib. SİA-nın Nazirlər Kabinetinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadənin imzaladığı qərara əsasən, Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumlar aşağıdakılardır: Dövlət Bayrağı Muzeyi; Kommunal xidmət, təmir və dənizkənarı bulvar ərazisinin mühafizəsi müəssisəsi;təsərrüfathesablı təşkilatlar; "Sahil Xidməti" MMC; "Dənizkənarı Milli Park" MMC.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB