Koreya Respublikası Lənkəranda çayçılığın inkişafına kömək göstərəcək
İl ərzində Koreya Respublikasından Azərbaycana 3,5-4 minədək koreyalı gəlir. Bu rəqəmin 50 minədək çatdırılması üçün mədəni əlaqələr inkişaf etdiriləcək. Bu barədə Lənkəran rayonunda səfərdə olan Koreya Respublikasının səfiri Kim Çanq-Qyun şəhər icra hakimiyyətində keçirilən görüşdə məlumat verib.
Səfər çərçivəsində səfir Kim Çanq-Qyun və Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.
Görüşdə koreyalı diplomata Lənkəranın coğrafi mövqeyi, əhalinin məşğulluğu, sosial-iqtisadi inkişafı, turizm potensialı barədə ətraflı məlumat verilib. Lənkəranın çayçılıq, sitrusçuluq və çəltikçilik kimi ənənəvi təsərrüfat sahələrinin yeni texnologiyalara əsaslanan, müasir marketinq qaydalarına uyğun şəkildə inkişaf etdirildiyi, ötən ildən başlayaraq Koreyadan daha geniş ərazidə artırılması üçün yeni sitrus tinglərinin gətirildiyi bildirilib.
İcra hakimiyyətinin başçısı Taleh Qaraşov bu meyvənin təkcə bazara çıxarılmasını deyil, sənaye üsulu ilə emalı üçün Koreya texnologiyasının Lənkərana gətirilməsinin məqsədəuyğun olduğunu qonağın diqqətinə çatdırıb.
Səfir Kim Çanq-Qyun bildirib ki, xalqlarımızın mədəniyyət sahəsində əməkdaşlıq etməsinə baxmayaraq, bu, istənilən səviyyədə deyil: "Ümid edirəm ki, əməkdaşlığımız mədəniyyətin bütün sahələri üzrə daha fəal şəkildə inkişaf edəcək. Bunun üçün səylə işləmək lazımdır. İl ərzində Koreyadan Azərbaycana 3,5-4 minədək koreyalı gəlir. Bu, çox azdır. Çalışacağam ki, bu rəqəm artsın. Bunun üçün mədəni əlaqələr əsas istiqamətlərdəndir".
Koreyalı diplomat, həmçinin deyib ki, ildə, yaxud iki ildən bir Lənkərandan bir tələbənin Koreyada təhsilini davam etdirmək imkanı olacaq. Həmçinin Koreya hökuməti çayçılıq, sitrusçuluq, balıqçılıq və heyvandarlıq sahələri üzrə köməyini əsirgəməyəcək.
Koreyalı diplomat Lənkəran rayonun görməli yerləri ilə tanış olub.
İki gün ərzində xarici diplomat rayonun bir sıra sənaye müəssisələrinə də baş çəkəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB