Naxçıvanın Baş naziri və səhiyyə naziri təltif olundular

Naxçıvanın Baş naziri və səhiyyə naziri təltif olundular

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yeni sərəncamlar imzalayıb. Dövlət başçısı Konstitusiyanın 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıb:

Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafında səmərəli fəaliyyətinə görə Əlövsət Qəzənfər oğlu Baxşıyev "Şöhrət" ordeni ilə təltif edilsin.

Naxçıvan Muxtar Respublikasında səhiyyənin inkişafında səmərəli fəaliyyətinə görə Niyazi Hüseynqulu oğlu Novruzov "Tərəqqi" medalı ilə təltif edilsin.

Bütün xəbərlər Facebook səhifəmizdə