Bu gün Masallı rayonunun Sirəbil kəndinə ilk dəfə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib. SİA-nın SOCAR-ın saytına istinadən verdiyi xəbərə görə, tədbirdə rayon İcra Hakimiyyəti və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bildirilib ki, 144 abonenti olan kəndin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 8 922 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB