Ankarada Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 98-ci ildönümü qeyd edilib FOTOLAR

Ankarada Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 98-ci ildönümü qeyd edilib FOTOLAR

Səfirlik tərəfindən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 98-ci ildönümü münasibətilə Ankarada yerləşən geniştərkibli rəsmi qəbul təşkil olunub. Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyindən SİA-ya verilən məlumata görə, tədbirdə Türkiyə Respublikasının Elm, sənaye və texnologiya naziri Faruk Özlü, Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi Hulusi Akar, Baş Qərargah rəisinin müavini Yaşar Gülər, Quru Qoşunları komandanı ordu generalı Salih Zeki Çolak, Hava Qüvvələri Komandanı ordu generalı Abidin Ünalvə Jandarma Qüvvələrinin baş komandanı ordu generalı Galib Mendibaşda olmaqla Türkiyə Respublikası silahlı Qüvvələrinin 43 generalı, tanınmış ictimai-siyasi xadimlər, diaspor nümayəndələrimiz, çox sayda millət vəkili, TR Xarici İşlər Nazirliyi başda olmaqla ölkənin çox sayda rəsmi qurumlarının nümayəndələri, Ankarada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və təmsilçiləri və çox sayda KİV nümayəndələri iştirak ediblər.

Tədbir iki qardaş ölkənin himnlərinin səsləndirilməsinin ardından açıq elan edilib.

Ardından Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin Hərbi Attaşesi Polkovnik Müşfiq Məmmədov çıxış edərək qonaqları salamlamış, Ümummilli Liderimiz Heydər Əliyevin ordumuzun təşkilatlanma və möhkəmlənməsindəki əvəzsiz xidmətlərindən bəhs etmiş, Azərbaycan Respublikası Prezidenti Ali Baş komandan möhtərəm İlham Əliyev cənablarının milli ordumuzla bağlı məqsədyönlü və müvəffəqiyyətli siyasətinə toxunaraq, ordumuzun 2016-cı ilin aprel ayında əldə etdiyi qələbə o cümlədən Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizin geri qaytarılması ilə bağlı birmənalı və qətiyyətli mövqeyimiz haqqında tədbir iştirakçılarını ətraflı şəkildə məlumatlandırıb.

Qeyd edək ki, tədbir zamanı qonaqlara ziyafət verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə