Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburqda keçirdikləri görüş zamanı danışıqlarda əldə olunan müsbət tempi alqışlayırıq. Bu fikri ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta jurnalistlərə müsahibəsində deyib.
Səfir bildirib ki, bu müsbət irəliləyiş Vyanada ABŞ-ın vasitəçiliyi və ATƏT-in Minsk qrupunun həmsədrlərinin köməyi ilə keçirilən görüşün davamı xarakteri daşıyır. O qeyd edib ki, həmsədrlər və həmsədr ölkələr münaqişə tərəflərini bir araya gətirməyə çalışırlar və əsas məqsəd hərtərəfli sülh sazişinin əldə olunmasına kömək etməkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB