Milli Məclisin deputatı Aydın Mirzəzadə özünün facebook səhifəsində Ermənistanın hazırkı prezidenti Serj Azatoviç Sarkisyan haqqında maraqlı məqalə yerləşdirib. Oxucular üçün maraqlı olacağı ehtimalı ilə onu dərc edirik:
Serjik.
Ermənistan prezidentidir.
Çox maraqlı tərcümeyi-halı var.
Ali təslilli olmasına baxmayaraq Yerevanda çilingərlikdən yuxarı qalxa bilmədi.
Ancaq Azərbaycana qayıdan kimi 10 il ərzində Xankəndi şəhər komsomol komitəsi şöbə müdirliyindən Dağlıq Qarabağ vilayət partiya komitəsi birinci ktibiibinin köməkçisi vəzifəsinə qədər qalxır.
Azərbaycan xalqına "minnətdarlıq" olaraq o ötən əsrin 90-cı illərində Dağlıq Qarabağda qeyri-qanuni hərbi dəstələrin yaradılmasına rəhbərlik edir.
Bir də o Xocalı faciəsində iştirak etdiyini ilə qürur duyur. Bu onun humanist bir ixtisas - filoloq olması ilə bağlıdır.
Bu faciədəki fəalığına görə o əvvəlcə Ermənistanın müdafiə, sonra isə milli təhlükəsizlik naziri təyin edilir.
Məhz təhlükəsizlik naziri olduğu dövrdə Ermənistan parlamentinə silahlı hücum olur və 8 nəfər, o cümlədən spiker və baş nazir öldürülür. Başqa ölkələrdə belə hadislərə görə təhlükəsizlik naziri məhkəmə qarşısında durur, ancaq Serjikin vəzifəsi artırılaraq Prezident Administrasiyasının rəhbəri təyin edilir.
Burada hakimiyyət koridorlarını yaxşı gedir və sonda prezident olur.
Bu vəzifəyə görə o xalqına çox minnətdardır və ona öz "borcunu qaytarır": onun prezidentliyi dövründə artıq bir milyoma yaxın erməni ölkəni tərk edib.
Bir də o yalan danışmağı yaxşı bacarır. Məsələn, bir cümlədə dörd yalan danışa bilir, bacarığının sirrini isə heç kimə açmır. O belədir.
Belə keyfiyyətlərin onda necə yaranması da böyük bir sirrdir: gen yaddaşıdırmı, cəmiyyətmi formalaşdırıb, ya arxası güclüdür, bu məsələdə alimlər baş aça bilmirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB