Elçin Mirzəbəyli: "Əsas xəbəri birinci vermək yox, doğru verməkdir” AÇIQLAMA
"Torpaqlarımızın 20 faizi işğal altındadır, 1 milyondan çox qaçqın və məcburi köçkünümüz var. Vətənpərvərlik bizim həyat tərzimizdir. Ona görə, jurnalistlərimiz də hər bir vətəndaşımız kimi vətənpərvər olmalıdırlar". SİA-nın məlumatına görə, bunu "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli deyib.
O qeyd edib ki, jurnalist iki xətti paralel olaraq aparmağı bacarmalıdır: "Jurnalist vətənpərvərliklə yanaşı, peşəkarlıq, qərəzsizlik və vicdanlılığa da böyük önəm verməlidir. Çünki peşəkar olmayan jurnalist fəaliyyəti zamanı istəmədən olsa, ölkəsinə ziyan verə bilər. Vətənpərvərliyə gəldikdə, bizim durmumuzda vətənpərvərlik motivləri ədalət prinsiplərinə dayanır. Çünki, biz kiminsə torpağını işğal etməmişik, bizim torpağımızı işğal ediblər".
Baş redaktor bildirib ki, ötən ilin avqust ayında təmas xəttində baş verən hadisələri işıqlandıran zaman jurnalistikada müəyyən problemlər yaranıb: "Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev bununla bağlı baş redaktorlarla görüş keçirdi. Görüşdən sonra jurnalistikamızda bu sahədə olan səhvlər aradan qaldırıldı. Bu ilin əvvəlində təmas xəttində baş verən hadisələrin işıqlandırlmasında Azərbaycan mediası peşəkarlıq nümayiş etdirdi. Media orqanları reytinq üçün dövlətin təhlükəsizliyini zərbə altında qoymamalı, insanların hissləri ilə oynamamlıdırlar. Əsas xəbəri birinci vermək yox, doğru verməkdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB