MŞ-nın sədr müavini jurnalistikadakı problemlərdən danışdı AÇIQLAMA

MŞ-nın sədr müavini jurnalistikadakı problemlərdən danışdı AÇIQLAMA

"Bu gün qlobal dünya ilə bağlılığı artan Azərbaycan jurnalistikasını özünə qapanmış təsəvvür etmək mümkün deyil. Ölkə mediası daha da inkişaf etməli, beynəlxalq jurnalistika ilə birlikdə addımlamalıdır. Jurnalistikanın inkişafı üçün xarici dil bilikləri önəmli şərtlərdəndir". SİA-nın məlumatına görə, bunu Azərbaycan Mətbuat Şurasının sədr müavini Umud Rəhimoğlu deyib.

O, Azərbaycan jurnalistikasında olan problemlərdən söz açıb: "Əvvəlki və indiki jurnalistika arasında çox fərq var. Öncələr Azərbaycan jurnalistikasında peşəkar olmayanlar çalışa bilməzdilər. İndi isə, Ədliyyə Nazirliyində qeydiyyatdan keçib, başına bir neçə nəfər yığmış şəxs jurnalistikaya baş redaktor kimi başlayır. Bu reallıq jurnalistikamızın peşəkarlığına ziyan vurur".

MŞ-nin sədr müavini bildirib ki, jurnalist bir neçə dəyəri özündə birləşdirməlidir: "Jurnalist qərəzsiz, vicdanlı, peşəkar və vətənpərvər olmalıdır. Media işçisinin vətənpərvər olmasına məhdudiyyət yoxdur".

Bütün xəbərlər Facebook səhifəmizdə