Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan yenə də öz ənənəsinə sadiq qalaraq, qeyri-konstruktiv və ziddiyyətli bəyanatlarla çıxış edir. O, hazırkı danışıqların məntiqinə və mahiyyətinə uyğun hərəkət etməli olduğu halda, yenə də mövcud status-kvonun gücləndirilməsinə çalışır. Bu isə status-kvonun qəbuledilməz və qeyri-davamlı olmasına dair ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin prezidentlərinin dəfələrlə səsləndirdiyi mövqe ilə ziddiyyət təşkil edir. Bu fikirləri Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın açıqlamasını şərh edərkən deyib.
Mətbuat katibi bildirib ki, Azərbaycan tərəfi münaqişənin həll edilməsi üçün substantiv danışıqlara sadiq olaraq, Sankt-Peterburqda prezidentlər səviyyəsində konstruktiv şəraitdə keçirilmiş görüşün nəticələrini müsbət qiymətləndirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB