Hitler Almaniyasının 22 iyun 1941-ci il tarixində SSRİ-yə hücumu ərəfəsində İsrailin İkinci dünya müharibəsi veteranları Ermənistanın paytaxtı İrəvanda "erməni milli-azadlıq hərəkatının qəhrəmanı" adlandırılan Qaregin Njdeyə ucaldılan abidənin açılışı barədə xəbəri öyrənərkən böyük şok keçiriblər. SİA-ya daxil olan məlumata görə, bu barədə İsrailin "mki israel.co.il" saytı (mk ru izrail) yazıır. Həmin məqalənin tərcüməsini təqdim edirik:
Sirr deyil ki, Njde Böyük Vətən Müharibəsi zamanı nasistlərlə əməkdaşlıq edib. 194-ci ilin dekabrında Njde Berlində Erməni milli şurasının 7 üzvündən biri seçilir. O, dəfələrlə erməni hərbi əsrləri qarşısında təbliğat xarakterli çıxışlar edərək onları SSRİ-yə qarşı silahlı mübarizəyə çağırıb. O bəyan edirdi: "Kim Almaniya uğrunda həlak olursa, Ermənistana görə görə də həlak olur". Faşist Almaniyası məhv edildikdən sonra Njde SMERŞ əməliyyatçıları tərəfindən tutulub, 25 il həbs cəzası alıb və Vladimirovski həbsxanasında ölüb.
Nasistlərə qarşı Sovet ordusu sıralarında döyüşən israilli müharibə veteranları faşist Almaniyası ilə əməkdaşlıq edən şəxsə abidənin açılışını anlamadıqlarını deyirlər. Həttə o erməni milli ideyaları uğrnda mübarizə aparırdısa da onun bu mübarizədə "yəhidi məsələsinə birdəfəlik son" planını icra edən hitlerçilərə yardm etməsi qəbuledilməzdir.
Əgər faşistlər İkinci dünya müharibəsində qələbə qazansaydılar SSRİ-də yaşayan milyonlarla insanların aqibətini düşünmək insanı vahiməyə salır. Təəssüf ki, nasistlərin çox əlaltıları olub. Lakin belə əlaltıları qəhrəmanlaşdıraraq Ermənistanın paytaxtında onlara abidə ucaltmaq..?!
Rişon le-Sionenin veteranlar şurası ittifaqının təşkilatının sədri, İsrailin Mərkəzi veteranlar təşkilatının üzvü İosif Zeldisin sözlərinə görə, "Faşistlərlə əməəkdaşlıq edənlərə abidə ucaltmaq anormallıqdır".
Yərusəlim veteranlar İttifaqı dairəsinin sədri Yuri Periç isə anlamır: "Necə ola bilər ki, faşistlərə kömək edənə heykəl ucalltsınlar? Erməni xalqını anlamıram. Faşist elementi, faşist ünsürü xalq qəhrəmanı ola bilməz. Əgər o faşist koqotrasına daxil olubsa, onu necə qəhrəmanlaşdırmaq, ona necə abidə ucaltmaq olar?!Bu, heç bir çərçivəyə sığmayan bir olaydır. Bizim – yərusəlimili veteranlar üçün o bir faşist, kimlərsə üçünsə milli qəhrəmandır? Axı faşistlər bütün dünyanın düşməni olublar və bunu hər kəs başa düşür, bilir. Başqa tərəfdən isə faşist əlaltısını milli qəhrəman elan edib ona abidə qoyurlar…Bizim üçün, yərusəlimli veteranlar üçün bu hal qətiyyən qəbuledilməzdir…O, faşizmin qələbəsi üçün mübarizə aparıb və indi də qəhrəman olub? Bir var millətçilər, bir də var nasistlər. Millətçilər öz millətini sevən, digər millətlərə isə hörmət bəsləyənlərdirlər. Nasistlər isə yalnız ğöz iqrlərini sevir, digərlərini isə məhv edənlərdirlər. Bizim üçün dəə nasist heç vaxt qəhrəman ola bilməz".
İsrailin İkinci dünya müharibəsində nasizmə qarşı mübarizə aparmış veteranlar şurasının rəhbəri Avraam Qrinzayd isə hesab edir ki: "Nasistlərlə iş birliyində olan istənilən şəxsin qəhrəmanlaşdırılması utancverivi və qəbuledilməz halıdr. Biz hətta qələbənin 70 illiyində xatirə medallarını almaqdan imtina etmişdik. Çünki həmin medalları nasistlərə qarşı mübarizə aparanlarıa yanaşı, faşistlər tərəfində döyüşənlərə də vermişdilər. Ona görə də bu problem qeyd-şərtsiz olaraq heç bir müzakirəyə səbəb olmamalıdır – yalnız ittiham, təəssüf və anlamazlıq".
Aşod veteranlar şurası ittifaqının sədri Mixail Dendze də baş verənləəri anlamadığını deyir: "Alman faşistləri ilə əməkdaşlıq – satqınçılıqdır. Faşitlərlə əlbir olmaq, - onun bu işi həyata keçirməyə ixtiyarı yox idi. Xatirə əbədi olaraq yaşadılmalıdır. Abidələri isə qəhrəmanlara ucaltmaq lazımdır. "Əbədiyaşar alay" – insanlar həlak oldu, bu gün də aldıqları yaralardan həyatlarını itirirlər…Biz onları əbədiləşdirmirik, onların yerinə faşistləri əbədilşdiririk…Tarixi yenidən yazmaq olmaz. "əbədiyalar alaya" abidələr ucaltmaq lazımdır, faşistlərə yardım edənlərə deyil..!"
Njde, Bender, Vlasov və Şaxnoviç və s. sevərlər bu gün kifayət qədərdilər. Nə baş verir onlarla? Yəni faşist əlaltılarının qəhrəmanlara çevrilməsi bu qədər yolveriləndir? Bu hadisənin harada baş verməsinə baxmayaraq – Ukraynada, Ermənistanda, Baltikyanı ölkələrdə, Çexiyada. Məgər müharibə zamanı façistlərə yardım edənlərə haqq qazandırmaq bu qədərmi mümkündür?
Sözügedən məlumatın müzakirəsinə qatılan İsrailin İkinci dünya müharibəsində nasizmə qarşı mübarizə aparmış veteranlar şurasının rəhbəri Avraam Qrinzayd bəyan edib: "Mən qətiyyətlə bəyan edirəm ki, İkinci dünya müharibəsinin tarixinə yenidən baxılmasına qarşıyam. Mənim üçün insanlarımızın qəhrəmanlığı vacibdir. Tarixə yenidən baxmağa gərək yoxdur. Hələ ki, biz sağıq, imkan verin haqq dünyasına köçərkən qalib kimi gedək. Nə qədər ki, yaşayacağıq"…
Müzakirə zamanı veteranlardan biri səslənib: "Bu cəhənnəmə qalmış abidəni sökmək lazımdır".
Veteran onun sözlərini sitat kimi gətirilməsini istəmədiyini də deyib. Axı hər halda bu suveren Ermənistanın, Ermənistan rəhbərliyinin və onun prezidentinin işidir ki, harada və nə vaxt kimlərə abidə ucaltmaq. Onların işdir ki, Böyük Vətən Müharibəsi zamanı həyatlarını verən erməni əsgərlərinəmi abidə ucaltsınlar, yoxsa "Almaniyanın qələbəsi-Ermənistanın qələbəsidir" ifadəsini işlətmiş, bu gün qəhrəmanlaşdırılan insana…Çox yəqin ki, onun üçün həqiqətən də belə olub…Lakin sizin üçün də belədirmi dostlar?
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB