Milli Məclisin deputatı Hikmət Babaoğlu növbəti qəbul keçirib FOTOLAR

Milli Məclisin deputatı Hikmət Babaoğlu növbəti qəbul keçirib FOTOLAR

Bu gün "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu millət vəkili seçildiyi Nərimanov rayonunda bir qrup seçicini qəbul edib. Qəbulda seçicilər millət vəkilinə müxtəlif məsələlərlə bağlı müraciət ediblər. Seçicilərdən Roza Allahverdi qızı Əliyeva Nərimanov rayonunda "Daş karxanası" deyilən ərazidə yaşadığını deyib. Yaşadığı evin uzun müddətdir istismarda olduğunu söyləyən R.Əliyeva yeni evə ehtiyac olduğunu deyib.

Digər bir seçici Tamara Heydər qızı Məmmədova isə müəllimə işlədiyini, bununla belə ictimai təşəbbüslərlə çıxış etdiyini söyləyib. O, bir sıra telelayihələr hazırladığını deyərək bu layihələrin reallaşdırılması üçün millət vəkilindən dəstək istəyib. T.Məmmədova həmçinin bir sıra ictimai maraq kəsb edən layihələr də hazırladığını deyib.

Digər bir seçici Müslüm Vaqif oğlu Dadaşov yaşadığı probleminin həlli üçün millət vəkilinə ərizə ilə müraciət edib. Ailəsi dağıldıqdan sonra yaşamaq üçün mənzilinin olmadığını deyən M.Dadaşov səhhəti ilə bağlı işləmədiyini, yalnız əlillik pensiyası ilə dolandığını bildirib.

Seçicilərdən Fatma Nəzərəliyeva hüquqi müstəvidə, Söhbət Mətiyev isə işlə təminatla əlaqədar millət vəkilindən kömək istəyiblər.

Milli Məclisin deputatı Hikmət Babaoğlu həmin seçicilərin bəzi problemlərini yerindəcə həll edib, digərləri ilə bağlı isə əlaqədar təşkilatlara müraciət edəcəyini söyləyib.

Ümumiyyətlə, millət vəkilinin əsas vəzifəsinin qanunvericilik fəaliyyəti olduğunu deyən Hikmət Babaoğlu, bununla belə, seçicilərin də problemlərinin həllinə daim diqqətlə yanaşılmasının vacibliyini vurğulayıb: "Ona görə də millət vəkili olaraq bizə etimad göstərən seçicilərin müraciətlərinə hər zaman diqqətlə yanaşmaq əsas vəzifələrimizdən biridir".

Bütün xəbərlər Facebook səhifəmizdə