Şəhər sakinləri avtobuslardan istifadə etməyə məcburdur

Şəhər sakinləri avtobuslardan istifadə etməyə məcburdur

Nazirlər kabinetinin təsdiq etdiyi 141 nömrəli qərarla gündəlik sərnişin daşıyan nəqliyyat vasitələri xəttə çıxmazdan qabaq texniki müayinədən keçməlidir. Bunun üçün də qarajlarda xüsusi texniki müayinə yerləri olmalıdır. Gəncədəki ictimai nəqliyyat qarajlarında da belə yerlər var, amma necə deyərlər – dədə-baba üsulu ilə işləyir. Ustalar deyir ki, hər gün xəttə çıxmazdan əvvəl avtomobilin əsasən əyləc sistemi, sükan mexanizmi və ön şüşəsi yoxlanılmalıdır. Sürücülər özləri də etiraf edir ki, bəzi avtobusların vəziyyəti qənaətbəxş deyil. Bu isə yolda qəzanın baş verməsi ehtimalını artırır.

Dövlət Avtomobil Nəqliyyat xidmətinin Gəncə Regional şöbəsindən SİA-nın bölgə müxbirinə verilən məlumata görə, bu məsələnin həlli gündəmdədir. Yaxın vaxtlarda isə problemin həlli üçün konkret addımlar atılacaq. Gəncədə 32 marşrut xətti üzrə 320-ə yaxın nəqliyyat vasitəsi ilə əhaliyə xidmət edir. Bunlardan da 100-ə yaxını istismar müddətini başa vuran maşınlardır.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə