Avtomobil yol ayrıcına çırpıldı sürücü öldü

Avtomobil yol ayrıcına çırpıldı sürücü öldü

Bakı şəhəri, Qaradağ rayonunda "Mercedes" markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı dəmir yolayrıcına çırpılıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, hadisə nəticədə, sürücü 1978-ci il təvəllüdlü Musayev Kamil Maqsud oğlu vəfat edib və deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.

Xilasedicilər K.Musayevin cəsədini avtomobildən çıxarmış və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 03:44-də başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə