Cəbhənin Ağdam və Tərtər istiqamətində aparılan müşahidələrdən görünür ki, prezidentlərin Sankt-Peterburq görüşü ərəfəsində təmas xəttində sakitik hökm sürür. Ağdamın Çıraqlı kəndi Ermənistan silahlı birləşmələrinin mövqelərindən 300 metrlik məsafədədir. Kənd sakinlərinin dediyinə görə, axşam saatlarında atəş səsləri ara sıra eşidilsə də, təqribən 10 gün olar ki, intensiv atışmalar səngiyib.
Kəndin əkin sahələrinin əsas hissəsi qarşı tərəfin mövqelərindən göründüyündən sakinlər üçün ən təhlükəli yer sayılır. Kənd sakini Əlisəfa Cəfərov sözlərinə görə, hazırki sakitliyə baxmayaraq açıq əraziyə çıxmaq yenə də təhlükəlidir. Qarşı tərəf işğal altındakı Baş Qərvənd və Bayramlar kəndi istiqamətindən həmin sahələri atəşə tutur. Sakinin sözlərinə görə, son 15-20 gün ərzində atəş səsləri azalıb.
Ermənilər cəbhədə kombaynı atəşə tutdular
Aprel döyüşləri zamanı artilleriya atəşinə məruz qalan Tərtərin Qapanlı kəndinin sakinləri də son 5 gündür atəş səsləri eşidilmədiyini desə də bunun daimi olmayacağı qənaətindədirlər. Ərazidə son ən ciddi insident isə təqribən 1 həftə əvvəl taxıl biçən kombaynın qarşı tərəfdən atəşə məruz qalması olub.
Aprel ayında qarşı tərəfin atəşi nəticəsində evinin dam örtüyü dağılan Habil Cəfərov da torpaqların azad olunması və dinc əhalinin daimi təhlükəsizliyi üçün müharibədən başqa yol olmadığını düşünür. Təmas xəttində son günlər yaranan sakitliyin müvəqqəti olduğunu düşünən sakinlər atəşkəs yox, torpaqalrın işğaldan azad olunmasını istəyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB