Ermənistanda faşist Almaniyasının SS birləşmələrinin generalları olan erməni Njde Qaregin və "Dro" ləqəbli Drasmat Kanayanın şərəfinə heykəllərin ucaldılması, həmin şəxslərin "milli qəhrəmanlar" kimi ölkə rəhbərliyi səviyyəsində təqdim edilməsi rəsmi Kremlin və rus ictimaiyyətinin etirazına səbəb olub.
Mayın 28-də heykəllərin açılışına Ermənistan prezidenti Serj Sarkisyanın qatılması rusları daha da hiddətləndirib. Bununla əlaqədar "Facebook", "Twitter" sosial şəbəkələrində səhifələr yaradılıb. Həmin səhifələrdə "Dro" ləqəbli Drasmat Kanayanın və Njde Qareginin SS birləşməsi tərkibində faşist Almaniyası ilə əlbir olması, faşistlərin işğal etdikləri ərazilərdə dinc əhaliyə qarşı törətdikləri ağır cinayətləri əks etdirən faktlar ictimaiyyətə çatdırılır.
Məsələn, səhifədəki "Niyə rus ictimaiyyəti susur?!" adlı yazıda qeyd olunur:
"Erməni diasporu rus ictimaiyyətini yalnış mövqeyə sürükləyir. Bunun üçün bütün resurslardan istifadə edərək, faşist canisi və başkəsəni Qaregin Ter-Arturyan (Qaregin Njde) haqqında təbliğat aparır. Rusiyada məşhur aktyorların iştirakı ilə Qaregin haqqında "Qaregin Njde" adlı film çəkilib və geniş nümayiş etdirilib. Moskvada "Qaregin Njde ilə söhbətlər və ya Njdenin 125 illiyinə ithaf abidəsi" adlı kitab işıq üzü görüb. Hər il Rusiyanın erməni diasporası Knyaz-Vladimirski qəbiristanlığında Njdenin qəbrinə dini ziyarət təşkil edir. Nəyə görə rus hakim dairələri nasizmin qəhrəmanlaşdırılması əleyhinə fəal siyasət yürütdükləri halda, faşist əlaltısı Qaregin Njdenin qəhrəmanlaşdırılmasına belə səbrlə yanaşır?"
Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova da İrəvanda Qaregin Njdenin abidəsinin qoyulmasının Rusiya üçün anlaşılan olmadığını açıqlayıb. O xatırladıb ki, iki il öncə, 2014-cü ildə BMT Baş Assambleyası Rusiyanın təşəbbüsü ilə nasizmin qəhrəmanlaşdırılması ilə mübarizəyə dair qətnamə qəbul edib. Və Ermənistan da həmin qətnamənin lehinə səs verib. Bundan sonra, mayın 28-də İrəvanda III Reyxlə əməkdaşlıq edən, Rusiyaya, SSRİ-yə qarşı düşmənçilik fəaliyyəti göstərən şəxslərə abidə ucaldılması başa düşülən və Rusiya-Ermənistan münasibətlərinə uyğun gəlməyən davranışdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB