Yerli və xarici mətbuat “Formula-1”i necə işıqlandırdı? ŞƏRH

Yerli və xarici mətbuat “Formula-1”i necə işıqlandırdı? ŞƏRH

"Formula-1" yarışları zamanı Azərbaycan haqqında neqativ informasiya yaymaq istəyənlər kölgədə qaldılar". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədr müavini Müşviq Ələsgərli deyib.

O bildirib ki, bəzi qüvvələr Azərbaycanda beynəlxalq tədbirlər keçirilən zaman onu işıqlandırmaqla yanaşı, gedişata kölgə salmağa çalışırlar: "Biz 2012-ci ildə Avroviziya mahnı müsabiqəsi, 2015-ci ildə Avropa Oyunları zamanı da bunun şahidi olmuşuq. Lakin Formula-1 zamanı həm Avropa Qran Prisi, həm də Azərbaycan haqqında gedən müsbət fikirlər neqativ fikirlərdən dəfələrlə artıq oldu. 2012-2015-ci illərin təcrübəsi budəfəki işimizi yüksək səviyyədə qurmağımıza imkan verdi. Artıq ölkəmiz neqativ kampaniyaların qarşısının alınması istiqamətində kifayət qədər təcrübəlidir. Bundan başqa Azərbaycana olan münasibətlərin dəyişməsi, ölkəmizin bu işləri idarə etmək üçün kifayət qədər təcrübə toplaması "Formula-1" zamanı aparılan informasiya savaşında dövlətimizin uğurlarını bir neçə dəfə artırmış oldu".

M. Ələsgərli qeyd edib ki, "Formula-1" yarışlarının ölkəmizdə keçirilməsi ilə bağlı xarici mətbuatda dərc edilən Azərbaycanın dünyada daha da tanıdılması baxımından çox əhəmiyyətlidir: "Ümumiyyətlə, "Formula-1" yarışı mahiyyətinə görə dünyada kifayət qədər azarkeşi olan populyar yarışdır. Bu baxımdan idman yarışlarını işıqlandıran KİV qurumları da "Formula-1"ə yarışını geniş şəkildə işıqlandırdılar. Təbii ki, burada yarışdan kənar məsələlərdə əhəmiyyət daşıyırdı. Ümumiyyətlə, ölkəmizin bu istiqamətdə apardığı düzgün fəaliyyət nəticəsində beynəlxalq nəşrlərdə Azərbaycan haqqında kifayət qədər informasiyalar yayımlandı".

Bütün xəbərlər Facebook səhifəmizdə