Daxili İşlər Nazirliyi rəhbərliyinin tapşırığı, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü ilə ölkəmizin şəhər və rayonlarında şəxsiyyət vəsiqələrinin verilməsi və etibarlıq müddəti bitmiş sənədlərin yenilənməsi sahəsində vətəndaş məmnunluğunun təmin olunması məqsədilə səyyar xidmətlərin keçirilməsi davam etdirilir.
Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, növbəti belə tədbirlər respublikanın Şamaxı, İsmayıllı, Qazax, Zərdab, Samux, Xızı, Abşeron, Sumqayıt şəhər və rayonlarında təşkil olunub. Səyyar xidmətlər zamanı həmin şəhər və rayonlarda ümumilikdə 1830 vətəndaşın müvafiq sənədləri qəbul edilib. Bundan başqa, 657 nəfərə şəxsiyyət vəsiqələri verilib.
Belə tədbirlər respublikamızın digər bölgələrində də davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB