İrəvanda Hitler Almaniyasına hərbi xidmət etmiş, SSRİ-yə qarşı düşmənçilik fəaliyyəti aparmış Qaregin Njdeyə qoyulmuş abidə beynəlxalq tənqidlərə səbəb olub. Bu barədə İsrailin "Yerusalim post" qəzetində geniş məqalə dərc olunub.
Məqalədə qeyd edilib ki, əvvəl Osmanlıdan sonra da SSR-dən ayrılıb müstəqil dövlət olması ideyasının daşıyıcısı olan erməni nasionalist Qaregin Njdenin abidəsi mübahisə doğurub. Qəzet yazıb ki, faşizm tərəfdarı olan Qaregin Njde 30 minədək ermənini legion kimi Hitlerin xidmətinə cəlb edib. Erməni legionlar Krım yarımadasında və Qafqaz regionunda Sovet Qırmızı Ordu qarşı mübarizə apararkən daha bir qrupu da Fransanın cənubunda Müttəfiq qüvvələrə qarşı döyüşüb.
Erməni faşistin abidəsi bir neçə həftə əvvəl Yerəvanın mərkəzində ucaldılıb. Açılış mərasimində Ermənistan Prezidenti və yüksək vəzifəli şəxslər də iştirak ediblər. Hətta Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov Njdeni "milli qəhrəman" və "vətənpərvər" adlandırıb.
Njdeyə abidə qoyulması Rusiya tərəfindən etirazla qarşılanıb. Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova belə bir abidənin qoyulmasının Kreml üçün anlaşılan olmadığını bəyan edib. Onun sözlərinə görə, abidənin qoyulması faşizm üzərində qələbədə Rusiya və Sovet İttifaqının digər xalqlarının rolunun heçə endirilməsi deməkdir.
Faşizmə qarşı döyüşmüş və israilli alim Efraim Zuroff Yerusalim Posta bildirib ki, Qaregin Njde Holokost və II Dünya müharibəsi zamanı kütləvi qırğınlarda iştirakı məlum olduğundan əslində Njde və onun yoldaşları məhkum olunmalıdır. Buna görə də faşizmdən əziyyət çəkənlər olaraq buna etiraz etməliyik. Efraim Zuroff xüsusilə də şərqi avropada sovet ittifaqı tənqid edilərkən bənzər faşiştlərə bəraət qazandırılmasının doğru olmadığını deyib. Çünki bu faşizm qurbanları və buna qarşı mübarizə aparanlara qarşı təhqirdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB