Gədəbəyə leysan insan ölümü və ciddi fəsadlarla nəticələnib SƏS TV

Gədəbəyə leysan insan ölümü və ciddi fəsadlarla nəticələnib SƏS TV

Gədəbəyə ötən gün saat 18 radələrindən başlayaraq təxminən bir saat ərzində yağan güclü dolu və leysan bir insanın ölümü və ciddi fəsadlarla nəticələnib. 32 yaşlı Gədəbəy sakini Osman Rzayev meşədən qayıdarkən çaya yıxılıb və sel onu aparıb. Gecə saatlarında kənd sakinləri onun meyitini hadisə yerindən 3 km aralıda aşkar edərək ailəsinə təhvil verib. Məlumata görə, mərhum evli olub, iki övladı var.

Ümumilikdə isə sel və daşqın əraziyə ciddi ziyan vurub. Sakinlərin təsərrüfatına da ciddi ziyan dəyib, mal-qara məhv olub. Hazırda Gədəbəydə hava durumu normaldır, yağmursuzdur.

Rayonun Şınıx ərazisində olan bir neçə kənddə güclü leysan və dolu yağıb. Yağıntı nəticəsində ərazidə olan Dəyirmançayda suyun səviyyəsi artıb. Bir necə körpüyə ziyan dəyib.

Güclü yağış və dolunun kənd yollarına və əkin sahələrinə ziyan vurduğu bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə