Tovuzçayı cəbhə kəndində təhlükə yaradıb SƏS TV

Tovuzçayı cəbhə kəndində təhlükə yaradıb SƏS TV

Qısamüddətli yağışın ardından Tovuzçayda təhlükə yaranıb. Sakinlərin sözlərinə görə, Əlibəylidə bu cür hadisə 20 il öncə baş verib. Axşam saatlarında baş verən hadisə zamanı sərhəd kəndində bir neçə sakinin həyətyanı sahəsini sel yuyub. Bundan başqa çayın yaxınlığında fəaliyyət göstərən kafenin bir hissəsi, piyadalar üçün tikilən dəmir körpü uçub. Sakinlər bildirir ki, çayda suyun bu qədər artması ermənilərin növbəti təxribatıdır. Mənfur qonşularımız yüksəklikdə olan su anbarından Tovuzçaya həddindən artıq su buraxaraq belə xoşagəlməz vəziyyət yaradırlar. Həmçinin iti axan çaya mina və digər zərərverici maddələr də buraxıb, Azərbaycan kəndlərinə ziyan vurmağa çalışırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə