Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin (ARGİN) dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə ənənəvi "Liderlik Məktəbi" layihəsi növbəti dəfə 7-15 iyul tarixlərində Şəmkir rayonunda tam yeni formatda "Çənlibel" IX Yay Liderlik məktəbi adı altında keçiriləcək. SİA-nın məlumatına görə, düşərgə iştirakçıları açıq havada qurulacaq yaşayış çadırlarında qalacaq və müxtəlif ekstrim aktivitilərdə özlərini sınayacaqlar.
Layihədə iştirak etmək istəyən tələbələr online (onlayn) ərizə-anket formasını dolduraraq layihəyə qoşula bilər. Yay "Liderlik Məktəbin"də bütün ali və orta ixtisas təhsil müəssisələrinin yalnız I və II kurs tələbələri iştirak edə bilər.
Qeyd edək ki, ARGİN-in dəstəyi və ATGTİ-nin təşkilatçılığı ilə bu günə qədər səkkiz liderlik məktəbi keçirilib. Gənc liderlərin yetişdirilməsinə yönələn bu layihə gənclərə liderlik, komanda işi, hədəfə çatmaq əzmi kimi keyfiyyətləri aşılayacaq. Düşərgənin təbiət qoynunda keçirməkdə məqsəd gənclər arasında ekoloji problemlərə diqqət çəkmək və ətraf mühiti qorumağın zərurətini onların özlərinin hiss etməsini təmin etməkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB