Xalq artisti İlhamə Quliyevanın varisinin kim olacağına dair qaldırılan məhkəmə prosesi bu ayın sonuna kimi yekunlaşa bilər. Bu barədə sənətkarın vəkili Habil Vəliyev məlumat verib. Onun sözlərinə görə, hazırda Səbail Rayon Məhkəməsində dindirilmələr davam etdirilir: "İlhamə xanımın yaxın qohumları da məhkəməyə gəlir. Bir neçə nəfər var ki, onlar mirasa iddialıdırlar. Amma onların heç birinin adını çəkmək istəmirəm".
H.Vəliyev İlhamə Quliyevanın varisinin yalnız Orxan Nadirov ola biləcəyini vurğulayıb: "Hamı bilir ki, Orxan onun oğlu kimi təqdim olunub".
Xatırladaq ki, 2016-cı il fevral ayının 25-də dünyasını dəyişən xalq artisti İlhamə Quliyevanın mirasına həbs qoyulub. Orxan Nadirov İlhamə Quliyevanın övladlığa götürdüyü və rəsmiləşdirmədiyi övladı olduğundan miras ətrafında qalmaqal yaşanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB