Baş naziri deputatın qətlini faciə adlandırıb

Baş naziri deputatın qətlini faciə adlandırıb

Böyük Britaniyanın Baş naziri Devid Kemeron milli parlamentin Leyborist Partiyasından olan deputatı Co Koksun qətlini faciə adlandırıb. TASS informasiya agentliyi xəbər verir ki, deputatın öldürülməsi Britaniyanı sarsıdıb və bir nömrəli xəbərə çevrilib. "Co Koksun qətli faciədir. O, işinə sadiq və diqqətli deputat idi. Mənim fikrin onun əri Brendonun və iki azyaşlı uşağının yanındadır" – Devid Kemeron özünün Twitterdəki səhifəsində belə yazıb.

Silahlı şəxs 41 yaşlı deputat xanıma bu gün Berstoll şəhərində hücum edib. Şahidlərin sözlərinə görə, həmin şəxs deputatı küçədə döyməyə başlayıb və sonra tapançasını çıxararaq ona iki atəş açıb. Polis cinayətkarı tutmağa nail olub. O, 52 yaşında kişidir və hücum zamanı "Britaniya hər şeydən irəlidir" – deyə qışqırıb.

Ağır yaralanmış deputat helikopterlə Lids xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin motivləri hələlik bəlli deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə