Əliməmməd Nuriyev: “Amnistiya Aktı dövlətimizin humanizm əsasında formalaşdığını göstərir” AÇIQLAMA
"Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, sonuncu da daxil olmaqla 11 dəfə Amnistiya Aktı qəbul edilib. Bu Amnistiya Aktları nəticəsində 107 min şəxs cəzadan azad edilib və edilir. Bundan öncə cənab Prezident tərəfindən 61 dəfə Əvf Sərəncamları imzalanıb, 7 minə yaxın şəxs cəzadan azad edilib. Ədliyyə Nazirliyi komissiya yaradıb, vaxtından əvvəl şərti azadetmə institutu fəaliyyət göstərir. Bu institut son 3 ildə 4 mindən artıq məhkuma tətbiq olunub". Bunu SİA-ya açıqlamasında Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, İnsan Haqları üzrə Birgə Qrupun üzvü Əliməmməd Nuriyev deyib.
O qeyd edib ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü ilə irəli sürülən son Amnistiya Aktının icrasının ilk günü 350 məhkum cəzaçəkmə müəsissəsindən azad edilib: "Amnistiya Aktının qəbulu dövlətimizin humanizm və mərhəmət prinsiplərindən irəli gəlir. Bütün bunlar dövlət siyasətində yeni yanaşma, tendensiyanın olmasını göstərir. Cəzaların humanistləşdirilməsi, sosiallaşması istiqamətində addımlar atılır. Bunlar bütövlükdə ölkədə gedən islahatların ruhuna uyğun olan addımlardır. Aministiya Aktının tətbiqi 4 ay nəzərdə tutulsa da, daha qısa müddətdə icra olunacaq və minlərlə vətəndaşımız yeni həyata qayıdacaq, ölkəmizin çiçəklənməsi üçün çalışacaq. Bu, azadlığa çıxanlar üçün yeni bir şansdır. Dövlət cinayət əməlinə yol verən şəxsləri cəzalandırır, ancaq mərhəmət qucağını da açıq saxlayır və onlara yeni şans verir. Amnistiya Aktının qəbulu dövlətimizin təməl prinsiplərinin humanizm, qayğıkeşlik, ədalət və mərhəmət əsasında formalaşdığını göstərir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB