Əsir və girovlarla bağlı yeni saziş layihəsi hazırlanacaq

Əsir və girovlarla bağlı yeni saziş layihəsi hazırlanacaq

"Kəlbəcərdə ermənilər tərəfindən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi ilə bağlı məsələ Azərbaycan prezidenitinin diqqət mərkəzindədir". SİA-nın xəbərinə görə, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri İsmayıl Axundov Milli Məclisdə keçirilən dinləmələrdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Dövlət Komissiyası hazırda girovların geri qaytarılması ilə bağlı beynəlxalq təşkilatlarla iş aparır: "Dövlət Komissiyası tərəfindən tərəflərin əlində saxlanılan şəxslərin dərhal azad edilməsi və gələcəkdə əsir və itkin düşən, girov götürülən şəxslərin, eyni zamanda meyitlərin qısa müddət ərzində geri qaytarılması ilə bağlı Beynəlxalq Qırımızı Xaç Komitəsi tərəfindən saziş layihəsinin hazırlanaraq hər iki tərəfin müzakirəsinə təqdim edilməsini təklif edib. Hazırda bununla bağlı Beynəlxalq Qızılxaç Komitəsi tərəfindən məsləhətləşmələr aparılır".

Bütün xəbərlər Facebook səhifəmizdə